A Seriyası klubunda yeni müqavilə

İtaliyanın “Sampdoriya” klubu hücumçusu Manolo Qabbyadini ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni anlaşmanın müddəti 2026-cı ilin yayına qədərdir.

Qabbyadini 2019-cu ilin yanvarından “Sampdoriya”nın uğurları üçün çalışır. “Atalanta”, “Çittadella”, “Bolonya”, “Napoli” və “Sauthempton”da da oynamış Manolo, 2013-2015-c illər aralığında da Genuya təmsilçisinin formasını geyinib.

29 yaşlı futbolçu indiyə qədər “Sampdoriya”da 111 oyun keçirib, 36 qola imza atıb, 10 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button