“Volfsburq”un futbolçusu koronavirusa yoluxdu
Almaniya Bundesliqasının növbəti turunda “Auqsburq”la qarşılaşacaq “Volfsburq”un bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandanın yarımmüdafiəçisi Renato Steffenin koronavirus testi pozitiv nəticələnib. Xəstəliyin simptomlarını keçirməyən isveçrəli futbolçu karantinə alınıb.
O, “Auqsburq”la oyunun iştirak siyahısından çıxırılıb. Həmçinin, 28 yaşlı futbolçu İsveçrə millisinin Xorvatiya, İspaniya və Almaniya ilə oyunlarında da iştirak etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin