Kuman “Barselona”nın ilk oyununu buraxa bilər – Setyenə görə
“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın İspaniya La Liqasında keçirəcəyi ilk oyununu buraxa bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kumanın rəsmi oyunlarda texniki zonada olmasına icazə verilmir. Buna səbəb, katalonların keçmiş baş məşqçisi Kike Setyenlə müqaviləni rəsmi olaraq ləğv etməməsidir. İspaniya Futbol Federasiyası hələ ki, Kumanı rəsmi olaraq baş məşqçi kimi qeydə almayıb.
57 yaşlı mütəxəssis avqust ayında “Barselona”nın baş məşqçisi təyin olunub.
“Barselona” La Liqada mövsümün ilk oyununu sentyabrın 27-də, “Vilyarreal”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin