“Yurçeviç hardadır?”, “Nə iş görür?”, “Niyə görünmür?” – Sizə nə?!

Mız

Deyir, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçi Azərbaycan Premyer Liqasının son iki turunda “gördüm” deyən olmayıb. Azərbaycanlı jurnalistlər xorvat mütəxəssəsi hər yerdə – azarkeşlərin arasında, VİP zonada, hətta oturacaqların altında da axtarıblar, tapa bilməyiblər. Jurnalistlərin Yurçeviçi tapmaq üçün hətta “binokl”dan, xüsusi eynəklərdən istifadə etdiyi də deyilir. Amma axtarışlar nəticəsiz qalıb, jurnalistlərimiz heç bir oyunda, heç bir stadionda Yurçeviçi görə bilməyiblər.

Ay Allah kömək olmuşlar, Yurçeviçi tapıb nə edəcəksiz? Bəlkə AFFA-nın uzaqgörən, müdrik rəhbərliyi AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşacağımızı nəzərə alaraq, Nikolanı xüsusi tapşırıqla vətəninə göndərib? Bəlkə, Yurçeviç Xorvatiya millisinin Azərbaycan yığması ilə oynayacağı stadionun qazonunu yağlayır (rəqibin futbolçuları tez-tez sürüşsün deyə, bizimkilər üçün qazonun fərqi yoxdur), ya da AFFA-nın baş katibi Elxan Məmmədov “Göy məscid”in mollalarına oxudub üflətdiyi cadunu xorvata verib ki, aparıb həmin o arenanın düz ortasına basdırsın?

“Yurçeviç hardadır” deyərək, səs-küy salıb işləri korlamayın. Biz yüz faiz əminik ki, Yurçeviç harda olmasından asılı olmayaraq, boş oturmayıb, işləyir. Bizim üçün, sizin üçün, hamımız üçün işləyir!

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button