Messinin cəzası ləğv olundu
“Barselona”nın futbolçusu Lionel Messinin Argentina millisindəki cəzası ləğv edilib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) 33 yaşlı hücumçunun yığmadakı cəzasını ləğv edib və Messi Argentina yığmasının oktyabrda keçirəcəyi oyunlarda iştirak edə bilər.
Messi, ötən ilki Amerika kuboku zamanı KONMEBOL-un ünvanına səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya olunmuşdu. Argentinalı futbolçu turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. Messi, həmçinin, KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin