“Real”da ciddi itki – İlk turda olmayacaq

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Real” ciddi itki ilə üzləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi İsko zədələnib. Son məşqlərin birində zədələnən futbolçunun ayaq biləyinin çıxdığı bildirilir.

Onun La Liqanın ilk turu çərçivəsində sentyabrın 13-də keçiriləcək “Xetafe”ylə oyunu buraxacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button