Valem Azərbaycanla oyun haqda: “Düşünürəm ki, biz bu matçda qalib gəlməyi bacaracağıq”
UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində öz meydanında Azərbaycan millisi ilə qarşılaşacaq Kipr yığmasının baş məşqçisi Yohan Valem oyundan əvvəl açıqlama verib.
Komanda.az xəbər verir ki, mütəxəssis, Azərbaycanla oyuna hazır olduqlarını bildirib:
“Monteneqro ilə matç bizim birinci oyunumuz idi. İlk təcrübədir. Bu oyunda müdafiə olunmaq baxımından yaxşı idik. Məğlub olsaq belə, məncə, pozitiv məqamlar da oldu. Azərbaycan millisi ilə oyuna gəldikdə isə, fikrimcə, futbolçular oyuna hazırdılar. Düşünürəm ki, biz bu matçda qalib gəlməyi bacaracağıq. Rəqibə hörmət edirik, yaxşı heyətləri var. Ciddi rəqiblə qarşılaşacağıq, daha intensiv futbol oynamalıyıq. Bu daha fərqli oyun olacaq. Öz futbolçularıma inanıram. Əhval-ruhiyyəmiz yüksək olmalıdır ki, bu yanaşma ilə meydana çıxaq. Sırf bunun nəticəsində uğur qazana bilərik. Millətlər Liqasında millimiz uğurlu çıxış etməlidir və mən bunun belə olacağına inanıram”.
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin