“Molde” rəsmisi “Qarabağ”la oyundan danışdı

Norveçin “Molde” klubunun direktoru Ole Erik Stavrum UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan çempionu “Qarabağ”la oyunun keçirilmə yerinin hələ də müəyyənləşməməsinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Oyunun harada keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir”.

Klub rəsmisi bildirib ki, görüşün Bakıda olması onlar üçün ciddi problem yarada bilər:

“Bundan sonra uzun müddət karantində qalmalıyıq ki, bu da bizə sərf etmir. Bunun həm təsnifat mərhələsinin oyunları, həm də digər beynəlxalq matçlar zamanı bizə mənfi təsiri olacaq”.

Qeyd edək ki, püşkə əsasən, “Qarabağ” – “Molde” matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin “Molde” rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. “Qarabağ” klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button