Argentina prezidentindən Messiyə çağırış
Argentinanın prezidenti Alberto Fernandes “Barselona”dan ayrılmağa qərar verən Lionel Messiyə çağırış edib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Fernandes, Messiyə “Nyuellz Old Boyz” klubuna gəlməyi məsləhət görüb:
“Siz hamınız bizim qəlbimizdəsiz, amma öz vətənimizdə sizin oynamağınızı görməmək riskiylə yaşayırıq. Rahat olun və karyeranızı “Nyuellz Old Boyz”da bitirin. Messi karyerasını “Barselona”da sonlandırmasa, bunu “Nyuellz Old Boyz”da etməlidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin