Super Liqa klubunda braziliyalı hücumçu

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı hücumçu Andre Felipe Ribeyro de Souzanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Son olaraq Braziliyanın “Qremio” klubunda çıxış etmiş futbolçu karyerası ərzində “Santos”, “Dinamo” (Kiyev), “Bordo”, “Sportinq” kimi klublarda, həmçinin Braziliya yığmasında da forma geyinib.

“Qaziantep” ötən mövsüm “Başakşəhər”dən icarəyə götürdüyü Muhammet Demir ilə yenidən anlaşdığını da açıqlayıb. Klubun yaydığı məlumata görə, 28 yaşlı hücumçu qarşıdakı mövsümdə də icarə əsasında bu komandanın uğurları üçün çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button