Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Türkiyədə növbəti təlim-məşq toplanışına start verib.

Komanda.az xəbər verir ki, millimiz bu dəfə Ədirnədə hazırlıq keçir. Fevralın 20-də start götürən toplanış martın 4-dək davam edəcək.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında heyətdə Türkan Nəsirova, Şahanə Nəzərova (hər ikisi 50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko, Elmira Qəmbərova (hər ikisi 62 kq), İrina Netreba, Elis Manolova (hər ikisi 65 kq), Ceyla Nağızadə (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıb.

Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışacaq yığmamız Türkiyə, Monqolustan və Hindistan güləşçiləri ilə birgə toplanış keçir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button