Bir transfer, bir yeni müqavilə, bir ayrılıq – Türkiyə klubunda
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Poqon” klubundan Zvonimir Kozulu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinadan olan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
26 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şiroki Briyer”, “Vitez”, “Branitel”, “Hayduk” (Split) klublarında da forma geyinib. O, 2018-ci ildən “Poqon”un uğurları üçün çalışırdı.
“Qaziantep” rumın yarımmüdafiiəçisi Aleksandru Maksimlə də müqavilənin müddətini uzadıb. 30 yaşlı futbolçu ötən mövsümün qış fasiləsi zamanı Almaniyanın “Maynts” klubundan icarəyə götürülmüşdü. Lakin rumın vingerin çıxışından razı qalan Türkiyə klubu onu birdəfəlik transfer etməyə qərar verib. Transferin digər detalları açıqlanmasa da, Maksimlə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Rumıniya yığmasının da formasını geyinən Maksim, karyerası ərzində “Espanyol”, “Badalona”, “Panduri” və “Ştutqart” kimi klubların da uğurları üçün çalışıb.
Super Liqa klubu ötən mövsümün əvvəlində “Başakşəhər”dən bir illik icarəyə götürdüyü Muhammet Demir ilə də yollarını ayırdığını açıqlayıb. Qaziantep təmsilçisi 28 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib.
Bizi Facebook-da izləyin