Premyer Liqa: Ən yaxşı gənc futbolçu adına namizədlər açıqlandı

İngiltərə Premyer Liqasında son mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Ən yaxşı gənc futbolçu adına “Liverpul”dan Trent Aleksander-Arnold, “Mançester Yunayted”dən Meyson Qrinvud, Antoni Marsial, Markus Reşford, “Aston Villa”dan Cek Qriliş, “Şeffild Yunayted”dən Din Henderson, “Çelsi”dən isə Kristian Pulişiç və Meyson Maunt namizəd olub.

Qalib Premyer Liqanın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button