“İnter”dən əzmkar qələbə

Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Son turlarda uğursuz çıxış edən “Latsio”, “Sassuolo” ilə ev oyunundan məğlub ayrılıb. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə “Breşiya”nı darmadağın edib.

Turun mərkəzi görüşü Turində keçirilib. Lider “Yuventus” mövsümün iddialı komandalarından olan “Atalanta”nı qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Turun maraqla gözlənilən qarşılaşmalarından biri də Neapolda keçirilib. Son turda “Yuventus”u 4 qolla məğlub edən “Milan” burda “Napoli”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə “İnter” “Torino”nu məğlub yola salıb.

İtaliya A Seriyası, 32-ci tur

11 iyul

Latsio – Sassuolo 1:2
Qol
: Alberto, 33 – Raspadori, 52. Kaputo, 90+1.

Breşiya – Roma 0:3
Qol
: Fasio, 48. Kaliniç, 62. Zaniolo, 74.

Yuventus – Atalanta 2:2
Qol
: Ronaldo, 55-pen; 90-pen – Sapata, 16. Malinovski, 81.

12 iyul

Cenoa – SPAL 2:0
Qol
: Pandev, 24. Şöne, 54.

Kalyari – Leççe 0:0

Fiorentina – Verona 1:1
Qol
: Kutrone, 90+6 – Faraoni, 18.

Parma – Bolonya 2:2
Qol
: Kurtiç, 90+3. İnqlese, 90+5 – Danilo, 3. Soriano, 16.

Udineze – Sampdoriya 1:3
Qol
: Lasanya, 37 – Kvalyarella, 45+1. Bonassoli, 84. Qabbyadini, 90+4.

Napoli – Milan 2:2
Qol
: Di Lorenso, 34. Mertens, 60 – Hernandes, 20. Kessye, 73-pen.

13 iyul

İnter – Torino 3:1
Qol
: E.Yanq, 48. Qodin, 51. L.Martines, 61 – Belotti, 17.

Bombardir: Çiro İmmobile (Latsio) – 29 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button