PSJ-dən Dortmund “Borussiya”sına – RƏSMİ

Fransa çempionu PSJ ilə müqaviləsinin müddəti başa çatan Tomas Menyenin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, Almaniyanın “Borussiya” (Dortmund) klubuna üz tutub.

Bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Belçika millisinin üzvü Liqa 1-də başa çatan mövsümdə 16 matçda meydana çıxıb. Karyerasına ölkəsinin “Brügge” klubunda başlayan Tomas, PSJ-də 2016-cı ildən forma geyinirdi. O, Belçika yığmasında 40 oyun keçirib, 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button