“Milan” “sükan”ı ona tapşırır – razılığa gəldilər

“Leyptsiq”in sabiq baş məşqçisi Ralf Ranqnik karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis yeni mövsümdən “Milan”ı çalışdıracaq. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi bildirilir. Müqavilənin detalları açıqlanmayıb. Ranqnikin “qırmızı-qaralar”dakı vəzifəsinin mövsüm başa çatdıqdan sonra – avqustda rəsmiləşəcəyi bildirilir.

Ranqnik bu vəzifədə Stefano Piolini əvəzləyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button