Dembele üçün danışıqlar başladı
“Barselona”nın futbolçusu Osman Dembele karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 23 yaşlı futbolçunu transfer etmək niyyətindədir. Artıq Dembelenin də “qoca sinyora”ya “hə” dediyi bildirilir.
Artıq klublar arasında transfer danışıqları başlayıb. Dembelenin bir mövsüm icarə əsasında Turin klubunda çıxış etməsi, daha sonra birdəfəlik müqavilə bağlaması da istisna olunmur.
Daha əvvəl iki klub arasında Miralem Pyaniç və Arturun transferi ilə bağlı danışıqların olması barədə xəbərlər yayılmışdı.
2017-ci ildən “Barselona”da çıxış edən Dembelenin klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin