Prezident Avropa Liqasındakı oyunlarının vaxtını açıqladı
İspaniyanın “Xetafe” klubunun prezidenti Anxel Torres Avropa Liqasının bərpa tarixini açıqlayıb.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Torres, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində avqustun 2-də və ya 3-də “İnter”lə qarşılaşacaqlarını deyib:
“İspaniyadakı cavab oyunu avqustun 6-sı, ya da 7-də olacaq. Belə olanda da, ilk görüş İtaliyada avqustun 2-si, ya da 3-də olacaq. Matçlar azarkeşsiz keçiriləcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin