Super Liqa klubunun futbolçusunda koronavirus aşkarlandı
Türkiyənin “Ankaragücü” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Klubdan edilən açıqlamada, bütün futbolçuların koronavirus testindən keçdiyi, ancaq birində virus aşkarlandığı bildirilib.
“Ankaragücü” virusa yoluxan futbolçunun xəstəxanada olduğunu və artıq müalicəyə başlanıldığını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin