“Hər kəs Messiyə heyranlıq hiss edir, amma mənə Mata ilham verir”

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Daniel Ceyms komanda yoldaşı Xuan Mata ilə bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, Ceyms, Matanı yüksək dəyərləndirdiyini deyib:

“Hər kəs Lionel Messiyə heyranlıq hiss edir, amma mənə Mata ilham verir. O, hər zaman axtardığım biridir. Onunla ilk tanışlığımızda qəribə hiss edirdim. Onu izləyərək böyüdüm və daha sonra onunla birlikdə oynadım. Onunla ilk dəfə tanışı olanda, paltardəyişmə otağına gəldi və yanımda əyləşib, “Bunun sənin üçün böyük keçid olduğunu bilirəm. Nəyəsə ehtiyacın olsa, bu, nömrəmdir. Hər zaman burdayam” dedi. Bu an mənim üçün çox gözəl idi. Onunla eyni komandada oynamaq mənim üçün inanılmaz idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button