“A Seriyası bərpa olunsa, komandam meydana çıxmayacaq”
İtaliyanın “Breşiya” klubunun prezidenti Massimo Çellino açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Çellino A Seriyasında mövsümün bərpa olunacağı halda, komandasının meydana çıxmayacağını deyib:
“Vəziyyətdən yararlanmağa çalışanları görürəm. Yalnız layiq olanları dinləyirəm. Heç bir üstünlük istəmirəm və A Seriyasını tərk etməkdən qorxmuram. Çünki bilirəm ki, belə olsa da, klub müflisləşməyəcək. Təkrar edirəm, A Seriyası bərpa olunsa, komandam meydana çıxmayacaq”.
İtaliya A Seriyasının mayın sonlarında bərpa olunacağı müzakirə edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin