“Sampdoriya”nın 15 üzvü koronavirusa yoluxdu
İtaliyanın “Sampdoriya” klubunun 15 üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Yakub Yankto Çexiya mətbuatına açıqlamasında deyib. O, komandanın artıq 15 üzvünün koronavirusa yoluxduğunu və bu sayın arta biləcəyini bildirib.
“Sampdoriya”da əvvəl komandanın 7 üzvündə koronavirus aşkarlandığı açıqlanmışdı.
İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı 2978 nəfərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin