Maldini narazıdır – “Milan”dan ayrıla bilər

İtaliyanın “Milan” klubunun baş direktoru Zvonimir Boban və idman direktoru Paolo Maldini mövsümün sonunda “qırmızı-qaralar”dan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Boban və Maldini klub rəhbərliyinin davranışlarından narazıdır.

Belə ki, “Milan”ın icraçı direktoru İvan Qazidis Boban və Maldinidən xəbərsiz baş məşqçi postu üçün Ralf Ranqniklə danışıqlar aparıb. Bu isə Boban və Maldininin narazılığına səbəb olub.

Rəhbərliklə problem yaşayan hər iki funksionerin mövsümün sonunda “Milan”dan ayrılacağı iddia olunur.

Boban və Maldini ötən ilin yayında “Milan”da vəzifəyə təyin olunmuşdular.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button