Bundesliqa matçı təxirə salındı

Futbol üzrə Almaniya Bundesliqasının 24-cü turunun sabah keçirilməli olan “Verder” – “Ayntraxt” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə “Verder”in mətbuat xidməti məlumat yayıb.

Görüşün dəqiq nə vaxt keçiriləcəyi bilinmir. Amma matç 33-cü (9 may) və 34-cü (16 may) aralığında baş tutacaq.

Qeyd edək ki, bu matçın təxirə salınmasına “Ayntraxt”ın “Zalsburq”la (Avstriya) Avroliqa matçının nəzərdə tutulan vaxtda keçirilməməsi səbəb olub. 1/16 final mərhələsinin bu qarşılaşması fevralın 27-də keçirilməli olsa da, güclü külək səbəbindən bir gün sonra baş tutmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button