Qvardioladan rekord göstərici
“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real”ı məğlub edib.
Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün rekordla əlamətdar olub. Belə ki, Madriddəki zəfər ispan mütəxəssisin Çempionlar Liqasının pley-offlarındakı 28-ci qələbəsi olub.
Qvardiola bununla da, Çempionlar Liqası tarixində pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi olub. 49 yaşlı mütəxəssis bu göstəricidə Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqyusonu geridə qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin