“Tottenhem”in yeni transferi məhkəməyə qatılmadı
“Tottenhem”in yeni transferi Stiven Berqveyn sürücülük hüququndan məhrum edilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Fevralın 20-də Berqveynin məhkəməsi olub. Ancaq nə Berveyn, nə də onun vəkili məhkəmədə iştirak edib.
Hadisə ötən ilin avqustunun 9-da olub. Berqveyn Niderlandın Eyndhoven şəhərində sürət həddi 70 mk/saat olan yolda 146 km/saat sürətlə hərəkət edib. Məhkəməyə gəlməyən futbolçu sürücülük hüququnu itirə bilər.
Berqveyn qış transfer pəncərəsi dövründə Niderlandın PSV klubundan “Tottenhem”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin