“Qalatasaray”la oyunöncəsi “Fənərbaxça”da ciddi itki

“Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin kapitanı Əmrə Bələzoğlu zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqanın 22-ci turunun “Ankaragücü” ilə matçında (1:2) zədələnən Əmrə, bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

39 yaşlı yarımmüdafiəçi zədə səbəbindən “Fənərbaxça”nın 23-cü tur çərçivəsində fevralın 23-də “Qalatasaray”la qarşılaşacağı oyunda iştirak edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button