İtaliya klubunda 3 yeni futbolçu

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Torino”dan Yaqo Falkeni, “Atalanta”dan Andrea Masiellonu, Fransanın “Lill” klubundan isə Adama Sumaoronu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yaqo Falke “Torino”dan satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Yuventus”un yetirməsi olan ispaniyalı futbolçu Turin klubunda rəsmi oyuna çıxmasa da, karyerası ərzində “Vilyarreal”, “Tottenhem”, “Sauthempton”, “Almeriya”, “Rayo Valyekano”, “Cenoa” və “Roma”nın klubların uğurları üçün çalışıb. 30 yaşlı hücumçu 2016-cı ildən “Torino”da çıxış edirdi.

Müdafiənin mərkəzində və sağ cinahda oynamağı bacaran Masiello da Genuya klubu ilə mövsümün sonuna kimi anlaşıb. 33 yaşlı italiyalı futbolçu karyerası ərzində “Luççese”, “Yuventus”, “Avellino”, “Syena” və “Bari”də də oynayıb. 2007/08 mövsümündə də “Cenoa”nın uğurları üçün çalışmış təcrübəli müdafiəçi 2011-ci ildən “Atalanta”da oynayırdı.

Adama Sumaoro isə “Lill”in yetirməsidi. 27 yaşlı futbolçu ilk dəfə fərqli bir komandanın uğurları üçün çalışacaq. Fransalı müdafiəçi bu mövsüm cəmi 9 oyuna çıxıb, 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button