Erməni bərbərin ilk müştərisi oldu – Azərbaycan millisinin futbolçusu
Almaniyanın Aue şəhərində bərbərliyə başlayan erməni Ovik Manukyanın ilk müştərilərindən biri “Ersgebirge” klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov olub.
Komanda.az xəbər verir ki, bu barədə Manukyan “blick.de” saytına açıqlamasında deyib. O, Nazarovun ilk müştərilərindən olduğunu söyləyib. Manukyan bərbərxananı açdıqdan iki gün sonra Nazarovun qonaq olduğunu bildirib.
2014-cü ildə Azərbaycan millisində debüt edən Nazarov, 2016-cı ildən “Ersgebirge” klubunun şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin