“Braqa”da yeni baş məşqçi

Portuqaliyanın “Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandaya bundan sonra Ruben Amorim rəhbərlik edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Portuqaliya yığmasının və “Benfika”nın sabiq yarımmüdafiəçisi olan Ruben Amorim, “Braqa”nın baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilən Rikardo Sa Pintonu əvəz edib.

Avropa Liqasında pley-off mərhələsinə yüksələn “Braqa” Portuqaliya çempionatında 14 turdan sonra 10-cu sıradadı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button