“Heç vaxt deməmişəm ki, karyeramı Almaniyada bitirəcəm” – Noyer
“Bavariya”nın qapıçısı Manuel Noyer gələcək karyerasıyla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Kicker” nəşrinə danışan 33 yaşlı futbolçu, bir gün Almaniyadan kənara çıxacağını deyib:
“Heç vaxt deməmişəm ki, karyeramı Almaniyada bitirəcəm. “Bavariya”dan ayrılıram demirəm. Hazırda özümü ölkə xaricində təsəvvür etmirəm. Ancaq hər şeyin tez dəyişə biləcəyini də bilirəm. Futbolda hər şey mümkündür. Bir gün gücümü Almaniyadan kənarda sınamaq istəyirəm”.
“Şalke”nin yetirməsi olan Noyer, 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin