Təbriz klubu səfərdə qalib gəldi

Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti oyununu keçirib.

Təbriz klubu səfərdə “İstiqlal” (Xuzistan) ilə qarşılaşıb. “Maşinsazi” bu oyundan qələbə ilə ayrılıb.

Cənubi Azərbaycanın daha məşhur “Traktorsazi” klubu isə hesabat turunda “Naft Masjed Soleyman”ı qəbul edəcək.

“Traktorsazi” hazırda 26 xalla 16 iştirakçı arasında 4-cü, “Maşinsazi” isə 17 xalla 8-cidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button