Avropa Liqası: “Qarabağ”ın son ev oyununa azarkeş marağı
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Düdelanj”ı qəbul edəcək.
Dekabrın 12-də keçiriləcək qarşılaşma həm də, Ağdam təmsilçisinin bu mövsüm avrokuboklarda son ev oyunu olacaq. Lüksemburq təmsilçisi ilə görüşün biletləri də satışdadır. Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, “Düdelanj”la oyuna artıq 5 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda, dekabrın 12-də keçiriləcək “Qarabağ” – “Düdelanj” matçı saat 21:55-də start götürəcək.
Avropa Liqasında “Sevilya”, APOEL və “Düdelanj”la A qrupunda yer alan “Qarabağ” hazırda 4 xalla 3-cü sıradadır və növbəti mərhələyə yüksəlmək şansını itirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin