“Bəzən özümə deyirəm ki, sən dünyanın ən yaxşı qapıçısı olan Noyerə qol vurmusan” – Nazarov
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov açıqlama verib.
Komanda.az “Tag24”ə istinadən xəbər verir ki, Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Ersgebirge”nin şərəfini qoruyan Nazarov, penalti zərbələrini dəqiq yerinə yetirməsi ilə bağlı danışıb:
“Hər zaman qapıçının nə etdiyinə diqqət edirəm. Amma öz fikrimi heç vaxt dəyişmirəm. Zərbə vuran anda fikrinizi dəyişsəz, o zərbə qol olmayacaq.
2016-cı ildə “Bavariya” ilə yoxlama oyunu 1:1 hesabı ilə başa çatmışdı. Oyunun sonlarına yaxın penalti vurmaq şansımız yarandı. Məşqçimiz mənə bildirdi ki, penaltini dəqiq yerinə yetirsən, bundan sonra penalti zərbələrini sən yerinə yetirəcəksən. İndi bəzən özümə deyirəm ki, sən dünyanın ən yaxşı qapıçısı olan Manuel Noyerə qol vurmusan”.
Bizi Facebook-da izləyin