Xatirə turnirinə 3 medalla start
Türkiyənin İstanbul şəhərində yunan-Roma güləşi üzrə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri start götürüb.
Komanda.az xəbər verir ki, 11 ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı yarışa yığmamız 3 medalla start verib.
Taleh Məmmədov (63 kq) gümüş, Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə bürünc medal qazanıb.
Murad Məmmədov (60 kq), Elman Muxarov, Kamran Məmmədov, Orxan Eyvazov (hamısı 67 kq), İslam Abbasov (87 kq) və Oyan Nəzəriani (130 kq) də mübarizəyə qoşulub. Murad və Oyan finala yüksəlibsə, Kamranla İslam təsəlliverici görüşə çıxacaq. Turnirə bu gün yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin