Ukrayna millisindən tarixi nəticə
Futbol üzrə Ukrayna milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu çıxıb.
Komanda.az xəbər verir ki, Andrey Şevçenkonun çalışdırdığı sözügedən komanda 10-cu turda səfərdə Serbiya ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Bununla da, Ukrayna millisi yer aldığı B qrupunda 20 xalla birinci yeri tutub.
Sözügedən komanda həm də tarixinin ən yaxşı göstəricisinə imza atıb. Ukraynanılar ilk dəfə ili məğlubiyyətsiz başa vurublar. Milli 2019-cu ildə 8 rəsmi, 2 yoldaşlıq oyunu keçirib və meydanı 7 qələbə, 3 heç-heçə ilə tərk edib.
Onu da qeyd edək ki, Ukrayna millisi Şevçenkonun gəlişindən sonra 11 oyundu uduzmur. Komanda sonuncu dəfə 2018-ci ildə, noyabrın 16-da Slovakiyaya uduzub – 1:4.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin