Azərbaycan millisinin oyununda kiprli hakimlər

AÇ-2021-in seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lixtenşteynə qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Lukas Sotirius olacaq. Ona yan xətt hakimləri Çaralambos Çaralambous və Yoannis Lazarous köməklik göstərəcək. Ehtiyat hakim funksiyasını Kriakos Kristodoulos yerinə yetirəcək.

Azərbaycan – Lixtenşteyn matçı noyabrın 14-də, “Sumqayıt Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button