Əliyev üçün 45 dəqiqə və sarı vərəqə
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Yenisey”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, lakin fasilədə əvəzlənib. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməsə də, 36-cı dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
“Ximki” 22 turdan sonra 46 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin