Azərbaycan millisinin üzvü İspaniyada fərqləndi

Azərbaycan millisinin və “Albasete”nin üzvü Eddi İsrafilov İspaniya Sequndasının 13-cü turunda “Kadis”lə oyunun (1:0) ən yaxşılarından olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb. 27 yaşlı yarımmüdafəçi həm oyunun qurulmasında, həm də müdafiədə komandasına kömək edib. O, 90 dəqiqə meydanda olaraq 11,39 km məsafə qət edib.

“Albasete” 13 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button