
“Neftçi”nin fransızı 35-ə çatdı
“Neftçi”nin fransalı futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qol hesabını açıb.
Komanda.az xəbər verir ki, meydana çıxdığı əvvəlki 5 oyunda rəqib qapısına yol tapa bilməyən hücumçu “Zirə” ilə 8-ci turun ev görüşündə (3:0) fərqlənib.
Bu, Baqali üçün yubiley qolu olub. O, Premyer Liqada 35-ci dəfə topu rəqib qapısından keçirib. Bu qollardan 15-i “Neftçi”nin heyətində vurulub.
İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı, digər 20 qolunu “Qəbələ”nin heyətində vurub.
“Zirə” ilə görüş həm də, Baqalinin Premyer Liqadakı yubiley – 75-ci oyunu olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin