Emin ehtiyatda qaldı, “Kalmar” uduzdu
Futbol üzrə İsveç çempionatında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Norçöpinq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin