Kavani gözləmə mövqeyində
PSJ-nin futbolçusu Edinson Kavani mövsümün sonunda Paris təmsilçisindən ayrıla bilər.
Komanda.az xəbər verir ki, uruqvaylı hücumçunun aralarında “Yuventus”un da olduğu bir neçə klubla danışıqlar apardığı bildirilir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
PSJ Kavaniyə yeni müqavilə təklif etsə də, 32 yaşlı forvard qərarını mövsümün sonunda verəcək.
2013-cü ildən PSJ-də forma geyinən Kavaninin müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin