“Verdiyim sözə əməl etdim” – Şevçenko
Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyanı məğlub etdikləri oyundan sonra açıqlama verib.
Komanda.az “football.ua” saytına istinadən xəbər verir ki, Şevçenko, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:
“İlk hissədə yaxşı oynadıq. Taktikalarımızı dəyişəndən sonra nəticə gəldi. Kompakt oynadıq və iki qol vurduq. İkinci hissədə Portuqaliya daha yaxşı oynadı. Penalti epizodundan danışmaq istəmirəm. Bu, artıq keçmişdə qaldı. Əsas odur ki, qələbə qazandıq.
Ukrayna millisini AÇ-2020-yə aparacağıma söz vermişdim. Verdiyim sözə əməl etdim. Oyunboyu bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm. Onların sayəsində son 15 dəqiqəni ayaqda qala bildik”.
Portuqaliya millisini məğlub edən Ukrayna AÇ-2020-yə vəsiqəni təmin edib.
Bizi Facebook-da izləyin