Messi və Aquero milliyə nə vaxt qayıdır? – açıqlama

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmanın hücumçuları Lionel Messi və Serxio Aquero ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, hər iki futbolçunun noyabrdan etibarən milliyə çağırılacaqlarını deyib:

“Messi diskvalifikasiya səbəbiylə milliyə çağırılmır. Aquero isə bəzi problemləri olduğu üçün dəvət almır. O, klubu ilə də tam məşq edə bilmir. Gələn ay hər iki futbolçu mütləq heyətə qayıdacaq”.

Messi, Argentina millisi Amerika kuboku-2019-da mübarizəni dayandırdıqdan sonra verdiyi açıqlamalara görə 3 ay müddətinə cəzalandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button