“İnter” yeni müqavilə imzalayacaq – “Barselona”nın istədiyi futbolçu ilə
“Barselona”nın da yaxından maraqlandığı “İnter”in futbolçusu Lautaro Martinesin gələcək taleyi bəlli olub.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu klubu ilə yeni müqavilə imzalayacaq. Bu barədə Martinesin meneceri Beto Yake İtaliya mətbuatına açıqlamasında deyib:
“Mənə elə gəlir ki, Antonio Kontenin gəlişi Martinesə həm fiziki, həm də psixoloji cəhətdən müsbət təsir göstərdi. Onda bir çox cəhətdən irəliləyişlər oldu. “Barselona” və “Yuventus”a qarşı yaxşı oynayaraq, özünəinamını daha da artırdı.
O, “İnter”də xoşbəxtdir və yaxın zamanda yeni sözləşmə imzalayacaq. Martines bundan başqa heç nə düşünmür. Bir neçə böyük klubun onu izləməsi yaxşı əlamətdir. Bu, onun yaxşı oyun sərgiləməsiylə bağlıdır. Ancaq o, “İnter”ə sadiqdir və burda qalacaq”.
2018-ci ildən “İnter”də çıxış edən Martinesin 2023-cü ilin yayına qədər müqaviləsi var. 22 yaşlı forvard bu mövsüm 9 oyuna 3 qol vurub.
Bizi Facebook-da izləyin