
Venger Fransa futbolunun uğurunun “sirr”ini açdı
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Fransa futbolunun uğurlarının səbəblərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis, uğurlu olmalarının əsas səbəbini təhsilin keyfiyyəti ilə əlaqələndirib:
“Düşünürəm ki, uğurumuzun əsas səbəbləri təhsilin keyfiyyəti, bir çox ölkədə lazımi səviyyədə qiymətləndirilməyən istedadların üzə çıxarılması sistemi və Afrika mənşəli immiqrasiyadır.
Fransa futbolunun tarixinə baxsaq, onun immiqrasiya ilə sıx bağlı olduğunu görərik.
Fransanın ilk “qızıl top” sahibi Raymond Kopa polyak əsilli idi. Daha sonra italyan əsilli Mişel Platini, ardınca Əlcəzair mənşəli Zinəddin Zidan gəldi.
Jan-Pyer Papen immiqrant mənşəli deyildi. Amma daha sonra Əlcəzair əsilli Kərim Benzema və indi Afrika mənşəli Osman Dembele var.
Onlar Fransaya gəlirlər, çünki burada real inkişaf və təhsil imkanlarının olduğuna inanırlar. Çox vaxt böyük həvəslə çalışırlar, çünki ən yaxşı olmaq üçün mübarizə aparmalı olduqlarını bilirlər”.
Fransa millisi DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvay yığmasını mübarizədən kənarlaşdırıb – 1:0.
Bizi Facebook-da izləyin



