“Milan” tarixinin ən bahalı transferinə imza atmağa yaxındır

“Milan” PSJ-nin hücumçusu Qonçalo Ramoşun transferi ilə bağlı razılıq əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” 25 yaşlı futbolçu üçün bonuslarla birlikdə 75 milyon avroya qədər ödəniş edəcək. Bu, “Milan” tarixinin ən bahalı transferi olacaq. Klubun əvvəlki transfer rekordu 49,5 milyon avroya “Lill”dən alınan Rafael Leaoya məxsus idi.

Hazırda Portuqaliya millisinin heyətində DÇ-2026-da çıxış edən Ramoş ABŞ-də tibbi müayinədən də keçib. Hücumçunun transferində “Milan”ın yeni baş məşqçisi Ruben Amorimin israrlı olduğu bildirilir.

O, ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 30 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button