
“Yuventus”un “radar”ındadır – “Roma”nın qapıçısı
“Yuventus” yay transfer dönəmində yeni qapıçı axtarışını davam etdirir.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin təmsilçisinin maraq dairəsində “Roma”nın qolkiperi Mile Svilar yer alır. Paytaxt klubu 26 yaşlı qapıçının transferi üçün 35-40 milyon avro məbləğində təzminat tələb edir.
Svilar 2022-ci ildə “Benfika”dan azad agent kimi ayrılaraq “Roma”ya keçib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədərdir. Qapıçı 2025/26 mövsümündə bütün turnirlərdə 48 oyunda meydana çıxıb. O, bu matçlarda 44 qol buraxıb, 21 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.
“Transfermarkt” portalı Sviların dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



