“Milan” seneqallı hücumçunu istəyir

“Milan” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu heyətinə qatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı forvardı 60 milyon avro təklif ediləcəyi təqdirdə satmağa hazırdır. Hazırda “qırmızı-qaralar”ın rəhbərliyi “Çelsi” ilə əlaqə saxlayaraq, transferin fərqli şərtlərlə baş tutmasının mümkün olub-olmadığını araşdırır.

Cekson ötən mövsümü icarə əsasında “Bayern”də keçirib. O, Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına əsasən, seneqallı hücumçunun bazar dəyəri 40 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button