
Fransa millisinin “sükan”ı Zidana tapşırılır
Fransa millisinin yeni baş məşqçisinin Zinəddin Zidan olacağı gözlənilir.
Komanda.az xəbər verir ki, “Ekip” nəşri bu təyinatı artıq demək olar ki, həll olunmuş məsələ kimi təqdim edir. Zidanın məşqçilər heyətində Fransa futbolunun digər tanınmış siması, sabiq qapıçı Fabian Bartez də yer alacaq.
Zidan sonuncu dəfə 2021-ci ildə məşqçi kimi fəaliyyət göstərib. O, həmin vaxtdan bəri heç bir komandanı çalışdırmayıb. Fransalı mütəxəssis məşqçilik karyerasında ən böyük uğurlarını “Real”da qazanıb. Belə ki, o, “kral klubu”nu ardıcıl üç dəfə UEFA Çempionlar Liqasında çempionluğa daşıyıb.
Hazırda Fransa millisinin baş məşqçisi postunu Didye Deşam icra edir. O, komandanı 2012-ci ildən çalışdırır və 2018-ci ildə Fransa yığmasını dünya çempionu etməklə, ölkə futbolu tarixində mühüm iz qoyub. Deşamın dövrünün başa çatmasından sonra Fransa Futbol Federasiyası milli komandanın “sükanı”nı Zidana həvalə etməyə hazırlaşır.
Bizi Facebook-da izləyin



